Moskvaya son yüz ilin ən güclü qarı yağdı: 3 min km tıxac yarandı, 155 aviareys təxirə salındı
05 fevral 2013 17:26 (UTC +04:00)

Moskvaya son yüz ilin ən güclü qarı yağdı: 3 min km tıxac yarandı, 155 aviareys təxirə salındı

Moskvada gün ərzində aramsız yağan qar 155 aviareysin ləğv edilməsinə səbəb olub.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə,  56 təyyarə əlverişsiz hava şəraiti ilə bağlı 56 təyyarə ehtiyat aerodroma enib.

Rusiya paytaxtında qarın hündürlüyü 26 sm-ə çatır. Moskva meriyası  bunun son 100 ildə şəhərə yağan ən güclü qar olduğunu bəyan edib. Qar ənənəvi olaraq şəhər yollarında nəqliyyatın hərəkətinə ciddi problem yaradıb. Hazırda şəhərdə tıxacların səviyyəsi 10 ballıq cədvəllə 7 bal qiymətləndirilir. Dünən gecə Moskva yollarındakı tıxacın ümumi uzunluğu 3,5 min km-ə çatıb.

Qeyd edək ki, dünən Rusiya baş naziri Dmitri Medvedevin təyyarəsi “Vnukovo” aeroportuna enə bilməyib, təyyarə Sankt-Peterburqdakı ehtiyat aerodroma eniş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2200

Oxşar yazılar