Miqrantları daşıyan daha bir gəmi batdı
01 may 2016 21:33 (UTC +04:00)

Miqrantları daşıyan daha bir gəmi batdı

Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, azı 15 nəfər itkin düşüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin rəsmisi Uilyam Spindler bəyan edib.

 

Onun sözlərinə görə, aprelin 29-da qəzaya uğrayan gəmidə 120 nəfər olub.

 

“Qəza nəticəsində 15 nəfər itkin düşüb. Onlardan 4-ü Nigeriya, 3-ü Qvineya, 2-si – Fil Dişi Sahili və 1-i Malidən olduqları müəyyənləşib”, deyə U.Spindler bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 291

Oxşar yazılar