Amerikalı biznesmen-ixtiraçısı, milyarder İlon Mask yeni “Neuralink” şirkətini yaradıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Wall Street Journalı” məlumat yayıb. Yeni şirkət insan beyni və kompüteri birləşdirə biləcək texnologiyanın yaradılması üzərində işləyəcək.
Nəşrin məlumatına görə, yeni texnologiya fiziki toxunuş olmadan insanlara məlumatları birbaşa kompüterə ötürməyə imkan verəcək.
“Beyinə yerləşdiriləcək implant sayəsində insanlar fikirlərini kompüterə əlavə edə və yükləyə biləcəklər”, deyə jurnal yazır.