Məşhur yazar vəfat etdi
Türkiyənin ən məşhur media nümayəndələrindən biri olan Tayfun Talipoğlu vəfat edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Anadolu insanının səsi” kimi tanınan yazar 55 yaşında dünyasını dəyişib.
Talipoğlunun bu gecə saat 01.00-də evində birdən-birə vəziyyəti pisləşib və yerə yıxılıb. Evdə olan dostu təcili yardım çağırıb və onu xəstəxanaya aparıblar. Lakin həyatını xilas etmək mümkün olmayıb.
Tayfun Talipoğlunun oğlu Candaş Talipoğlu bildirib ki, atası 3-cü dəfə infarkt keçirib.
Məşhur yazar “Milliyət” qəzetində, ATV və NTV telekanallarında çalışıb. Eyni zamanda “Takvim”, “Yeni Yüzyıl”, “Cumhuriyet” qəzetlərinin köşə yazarı idi.
234