Merkel  Aİ-Türkiyə sazişinin müdafiəsinə qalxdı
13 may 2016 06:55 (UTC +04:00)

Merkel Aİ-Türkiyə sazişinin müdafiəsinə qalxdı

Almaniya kansleri Angela Merkel  qaçqınlara dair Aİ-Türkiyə sazişini dəstəkləyərək, bu razılaşmanın insanları xilas etməkdə kömək etdiyini bildirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə,  Merkel bu sözləri WDR telekanalının təşkil etdiyi forumda çıxışı zamanı bildirib.   

 

“Aİ qaçqınlığın səbəbləri ilə mübarizə aparmalıdır və elə etməlidir ki, insanlar Avropaya təhlükəli səfərlər etməsinlər. Təbii ki, biz bu məsələdə asılacaq vəziyyətdəyik. Hazırda, Türkiyə ilə bağlanmış saziş məsələsində də, bu ciddi tənqid olunur.  Buna baxmayaraq, Avropa özünü təcrid edərək ətrafda baş verənlərə laqeyd qala bilməz”, - deyə Merkel bildirib.   

 

“Qaçqınlığın səbəbləri ilə mübarizədə digər ölkələrə görə məsuliyyət daşımaq lazım gəlir və bunu asılılıq adlandırmaq olar, - deyə Merkel əlavə edib.

 

Merkel xatırladıb ki,  ilin əvvəlindən Türkiyə ilə əldə olunmuş saziş qüvvəyə minənədək Avropaya üz tutan qaçqınlardan 350 nəfəri ölüb, saziş qüvvəyə minəndən bu vaxtadək isə cəmi 7 nəfər həyatını itirib.     

 

“Həyatları xilas etmək və bəzilərinə ciblərini doldurmağa imkan verməmək – Türkiyə ilə əldə olunmuş sövdələşmə tək bunlarla  özünü doğrultmuş olur”, - deyə kansler qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35