Londonda saxlanılan 8 şəxsdən 6-sı terror aktları hazırlamaqda şübhəli bilinirlər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polis Uels, Birmingem və Londonda bir neçə ünvanda axtarışlar keçirib.
Bundan əvvəl 8 nəfər Londonda törədilən terror aktı ilə əlaqəli olmaqda şübhəli bilinirdilər.
Son məlumata görə, terror aktı nəticəsində 4 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Terrorçu Kent qraflığının sakini 52 yaşlı Xalid Məsud hücum zamanı polis tərəfindən məhv edilib.
İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.