Londonda terror aktı qurbanlarının sayı artdı
24 mart 2017 02:31 (UTC +04:00)

Londonda terror aktı qurbanlarının sayı artdı

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı dörd nəfərə  çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 75 yaşlı kişi xəstəxanada keçinib.

 

Qeyd edək ki, terakt zamanı 29 nəfər xəsarət alıb. Terrorçu polis tərəfindən məhv edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346
avatar

Oxşar yazılar