Londonun mərkəzində sürücü avtomobili piyadalara çırpıb, 4 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəzadan sonra avtomobilin sürücüsü və sərnişinləri hadisə yerindən qaçıblar. Onlardan biri saxlanılıb. İnsidentin təfərrüatları müəyyənləşdirilir. Hadisə terror aktı kimi qiymətləndirilmir.
Xatırladaq ki, martın 22-də Londonun mərkəzində sürücü avtomobillə bir neçə piyadanı vurub, daha sonra maşından düşərək polisi bıçaqla qətlə yetirib. Qatil 52 yaşlı Xalid Məsud hadisə yerində polis tərəfindən öldürülüb.
Son məlumata görə, terror aktı nəticəsində 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb.