Pakistanın şərqindəki Lahor əyalətində bir neçə gündür davam edən aramsız yağışlar leysanla əvəz olunub. Leysan 18 insanın həyatına son qoyub.
Lent.az haberflash.com-a istinadla bildirir ki, dünyasını dəyişənlərin əksəriyyətini Pəncab bölgəsində elektrik cərəyanı vurub. Belə ki, leysan nəticəsində şəhərlərarası iri elektrik dirəkləri evlərin üzərinə aşıb. Nəticədə 15-i qadın və uşaq olmaqla ümumilikdə 18 nəfər dünyasını dəyişib.
Leysan nəticəsində bir neçə yaşayış məntəqəsi ilə kommunikasiya əlaqəsi kəsilib.
Qeyd edək ki, 2010-cu ildəki leysan yağışları nəticəsində Pakistanda 2 min 500-dən çox insan dünyasını dəyişmişdi.