Kerridən Trampa çağırış
06 yanvar 2017 02:24 (UTC +04:00)

Kerridən Trampa çağırış

ABŞ-ın dövlət katibi Co Kerri Donald Tramp administrasiyasını kəşfiyyat qurumlarının mövqeyinə hörmətlə yanaşmağa çağırıb.

 

“Mən gələcək prezidentin seçimləri barədə məlumatsızam. Xüsusi xidmət orqanları dəfələrlə araşdırdıqdan sonra belə nəticəyə gəldilər ki. Rusiya hökuməti həmin hücumlarla əlaqəlidir.  Bu çox ciddi məsələdir. Mənim bu insanlara böyük hörmətim var. Onlar Amerikada hər bir insanın hörmətinə layiqdirlər. Bu o demək deyil ki, onlar həmişə  haqlıdırlar”, - deyə Kerri Trampın Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair bəyanatlara şübhə ilə yanaşması ilə bağlı sualı cavablandırarkən bildirib.   

 

Bundan əvvəl ABŞ-ın xüsusi xidmət orqanlarının nümayəndələri rusiyalı  hakerlərin ölkənin seçki sistemlərinə və siyasi təşkilatlarının resurslarına hücum etdiyini bildiriblər. Bildirilir ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib.

 

Rusiya tərəfləri bütün ittihamları təkzib edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 329
avatar

Oxşar yazılar