Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ dünən İzmirdə məhkəmə binası qarşısında baş vermiş partlayışla bağlı açıqlama verib.
Lent.az-ın sözcü.com.tr-ə istinadən xəbərinə görə, B. Bozdağ açıqlamasında partlayışı törədənlərin PKK terror təşkilatına üzv olduğuna heç bir şübhə olmadığını deyib.
Nazir qeyd edib ki, partlayış zamanı 3 vəkil, 2 polis əməkdaşı və 2 vətəndaş yaralanıb.
Hadisə ilə bağlı 18 nəfərin saxlanıldığını deyən B. Bozdağ bidlirib ki, terrorçuların şəxsiyyətləri məlum olsa da, təhlükəsizlik məqsədilə açıqlanmayacaq: “ Terroru törədən şəxslər məhkəmə binasına daxil olmaq istəyiblər, amma şəhid polis Fethi Sekinin müdaxiləsi ilə qarşılaşıblar. Terrorla mübarizəni daha qərarlı bir şəkildə davam etdirəcəyik. Vaxt gələcək, terror təşkilatlarının adları unudulacaq”.