Türkiyədə ard-arda güclü zəlzələlər baş verdi - YENİLƏNİB
12 iyun 2017 17:01 (UTC +04:00)

Türkiyədə ard-arda güclü zəlzələlər baş verdi - YENİLƏNİB

Türkiyədə 6,3 bal gücündə olan birinci zəlzələdən sonra 4,9 bal gücündə ikinci zəlzələ də olub. Lent.az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, ilkin məlumatlara görə zəlzələ nəticəsində ölən və yaralananlar yoxdur. 

 

**

16:35

İstanbulda  güclü zəlzələ olub.

 

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, zəlzələ 6,3 bal gücündə olub. Zəlzələnin dərinliyi 10 km olub, zəlzələnin episentrinin İzmirin 85 km şimal-qərbində olduğu qeyd edilib.

 

Zəlzələ İstanbulla yanaşı, İzmir, Ədirnə, Tekirdağ, Çanakkala və Bursada da hiss edilib. İlkin məlumata görə, zəlzələnin episentri Egey dənizin olub. Rixter şkalasına görə 6,3 ballıq zəlzələ İzmir, İstanbul və Bursada panikaya səbəb olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384
avatar

Oxşar yazılar