İŞİD təhlükəsi Türkiyənin bir addımlığında: <span style="color:red;">vəziyyət qəlizləşir
06 oktyabr 2014 14:05 (UTC +04:00)

İŞİD təhlükəsi Türkiyənin bir addımlığında: vəziyyət qəlizləşir

“İraq-Şam İslam Dövləti”nin (İŞİD) qüvvələri Suriyanın Türkiyə ilə sərhəddəki Kobani kürd qəsəbəsinə hücumları davam etdirir. Lent.az-ın məlumatına görə, “virtualaz.org” regional KİV-lərə istinadən xəbər verir ki, oktyabrın 5-də İŞİD qüvvələri Kobani ətrafındakı strateji əhəmiyyətli təpəliyin bir hissəsini tutub.
 
Qara bayraqlılar Kobaninin bir kilometrliyinə qədər irəliləyə biliblər, ancaq kürd yaraqlıları onların hücumunun qarşısını ala bilib. Bu günə olan xəbərlərə görə, kürd döyüşçüləri, ABŞ hava zərbələrinin köməyi ilə Suriyanın əsas sərhəd şəhəri olan Kobani uğrunda döyüşü davam etdirirlər. Kobani administrasiyasının rəsmisi İdris Nahsen deyib ki, koalisiya qüvvələrinin hava zərbələri “İslam Dövləti”nin hücumlarını dayandırmağa kifayət etməyib. Onun sözlərinə görə, koalisiya təyyarələri Kobani ətrafına 3 hava zərbəsi endirsələr də onların zərbələri uğurlu olmayıb. Kobani uğrunda döyüşlər Türkiyədə də böyük narahatlıqla izlənilir. Əgər bu kürd qəsəbəsi “İslam Dövləti”nin əlinə keçsə, o zaman “xilafət ordusu”nun Türkiyəyə hücumu üçün yol açılacaq.
 
Bundan əvvəl İŞİD ideoloqları İraq və Suriyadan sonra hədəfin Türkiyə olacağını açıq bəyan ediblər. Xəbərlərə görə, İŞİD-in atdığı minomyot və top mərmiləri tez-tez Türkiyə ərazisinə düşür. Türkiyənin Suriya ilə həmsərhəd Şanlıurfa vilayətinin sərhəd kəndlərindən birində İŞİD-in mərmisinin bir evə düşməsi nəticəsində 4 nəfər yaralanıb. Türkiyə artilleriyası Suriya ərazisinə cavab atəşi açıb.
 
Oktyabrın 5-də Şanlıurfa valiliyi və bölgəyə nəzarət edən hərbi qərargah Suriya ilə sərhəd üç kənddən əhalinin evakuasiyasına başlayıb. Valilik kəndlərdə vərəqələr yayaraq artan təhlükə ilə bağlı əhalini evlərini tərk edib təhlükəsiz yerlərə köçməyə çağırır. Hərbi maşınlar isə kəndləri dolaşaraq səsgücləndiricilərdən əhalinin evakuasiya ediləcəyi barədə xəbərdarlıq edir.
 
Valilik əhalini Suriya ilə sərhəddən uzaq durmağa və təhlükəli ərazilərə getməməyə çağırıb. Həmçinin Suriya ilə sərhədin yaxınlığındakı yüksəkliklərə çıxaraq İŞİD-in Kobaniyə hücumunu izləyən çoxsaylı jurnalistlər bölgədən uzaqlaşdırılıb. Türkiyə ordusu sərhədə tank birləşmələri, uzaqvuran artilleriya, zenit qurğuları və canlı qüvvə daşıyır. Belə görünür ki, İŞİD-lə ilk quru döyüşünə girən xarici ölkə məhz Türkiyə olacaq.
 
Türkiyə parlamenti silahlı qüvvələrdən İraq və Suriyada istifadə edilməsinə icazə verən qətnaməni qəbul edib. Ancaq belə görünür ki, Türkiyə silahlı qüvvələri Suriyaya girməyə və hökumətin planlaşırdığı kimi tampon bölgə yaratmağa macal tapmadan İŞİD özü Türkiyə sərhədini keçəcək. Artıq İŞİD-ə görə Türkiyədən ilk məcburi köçkünlər qeydə alınıb.
 
Hərbi analitiklərin qənaətinə görə, ABŞ başda olmaqla anti-İŞİD koalisiyasının İraq və Suriya ərazisində “xilafət ordusu”nun mövqelərinə endirdiyi hava zərbələrinin effektivliyi olduqca azdır. Belə zərbələr nəticəsində çoxsaylı İŞİD döyüşçüsünün öldürüldüyü deyilsə də bir çox hallarda raket-bomba zərbələri boş binalara endirilib, yaxud mülki əhali arasında tələfata səbəb olub.
 
Xəbərlərə görə, İŞİD koalisiya ölkələrinin hava zərbələrinə çox tez vərdiş edib və bu zərbələrdən uğurla yayına bilir. Belə ki, “xilafət ordusu”nun qüvvələri mobil birləşmələrdən ibarətdir və onlar tez-tez yerlərini dəyişir, daha çox kiçik qruplar halında hərəkət edir və qəfil hücum əməliyyatları həyata keçirirlər.
Digər tərəfdən, Suriyada 4 ilə yaxındır davam edən müharibə ərzində İŞİD-çilər Əsəd aviasiyasının hava zərbələrindən yayınmağa öyrəniblər və bu sahədə yaxşı təcrübə əldə ediblər. Nəticədə tək hava zərbələri ilə İŞİD-in zəiflədilməsinin mümkünlüyü haqda təxminlər özünü doğrultmayıb.
Hazırda İŞİD Suriya və İraq ordusundan qənimət kimi ələ keçirilən zirehli texnika və artilleriyanın, habelə Türkiyə və bir sıra ərəb ölkələrinin Əsəd rejiminə qarşı mübarizə aparmaq üçün müxaliflərə verdiyi silahların sayəsində faktiki olaraq nizami orduya malikdir.
Digər tərəfdən, onlar nə qədər itki versələr də canlı qüvvə sarıdan korluq çəkmirlər. Bir gün əvvəl Pakistanın “Taliban” hərəkatı bildirib ki, İŞİD-ə kömək üçün 1500 nəfərlik canlı qüvvə göndərib. İlk dəfədir ki, “Taliban” İŞİD-i dəstəklədiyini elan edir və bu da “xilafət ordusu”nun Pakistan və Əfqanıstandan minlərlə təcrübəli döyüşçünün dəstəyini alacağını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1884
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35