İran Suriyada atəşkəs elan edilməsinə qarşı çıxdı
25 fevral 2018 14:18 (UTC +04:00)

İran Suriyada atəşkəs elan edilməsinə qarşı çıxdı

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: "Dəməşqin ətrafındakı bölgələrin terrorçulardan təmizlənməsi davam edəcək"

İran BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə Suriyada 30 günlük atəşkəs elan edilməsinə qarşı çıxıb.

 

APA-nın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakiri bu gün bildirib ki, keçmişdə olduğu kimi bu dəfə də Suriyada sabitliyi istəməyənlər Suriya ordusu və dövlətinin Dəməşqin ətrafını terrorçulardan təmizləmək istədiyini görən zaman terrorçuları qorumaq üçün atəşkəsin elan olunmasını istəyiblər.

 

M. Bakiri deyib ki, Suriya ordusu indiyə qədər Dəməşqə 1200 raket atan terrorçuları torpağından çıxarmaq istəyir və Suriya ordusu təhlükəsizliyi təmin etmək üçün terrorçuları təmizləməkdə qərarlıdır: "Qərb cəbhəsinin və terrorçuları dəstəkləyənlərin israrı ilə bu atəşkəs elan edilib. Suriya və Suriyanın dostları olan Rusiya və İranın əməkdaşlığı ilə bu qətnamədə qarşı tərəfindən istəkləri azaldılıb. Amma "Nusra cəbhəsi" kimi terrorçu qruplaşmalara qarşı savaş davam edəcək. İndi bəzi bölgələrdə xalqın təhlükəsizliyi üçün atəşkəsi təmin edirik, amma bu, terrorçuların həyatlarını xilas edəcəkləri anlamına gəlməz. Qarşıdakı bir neçə ay ərzində Suriyatorpaqlarının hamısı terrorçulardan təmizlənəcək. Bir və Suriyaatəşkəsə sadiq qalacağıq, amma Dəməşqin ətrafında terrorçuların nəzarətində olan bölgələr bu atəşkəsin əhatə dairəsinə daxil deyil. O bölgələrin terrorçulardan təmizlənməsi davam edəcək".

 

Qeyd edək ki, Dəməşq ətrafındakı Şərqi Qutanın Suriya ordusu tərəfindən bombalanması və çoxlu sayda qadın və uşğanı ölümü dünya ictimaiyyətində ciddi narahatlıq doğurub. Fevralın 24-də BMTTəhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnaməni yekdilliklə qəbul edib. Sənəd humanitar yardımları çatdırmaq, yaralı və ağır xəstələrin tibbi təxliyəsini həyata keçirmək üçün münaqişənin bütün tərəflərindən toqquşmaları azı 30 gün müddətinə dərhal dayandırmağı və humanitar fasiləni təmin etməyi tələb edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35