İranın ali lideri ayətullah Seyid Əli Xamneyi Suriyadakı iranlı hərbçilərin çıxarılması barədə tapşırıq verib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, ümumilikdə İslam Respublikası Suriyadan 12 min hərbçisini çıxaracaq.
İran televiziyası bildirib ki, ABŞ-ın Bəşar Əsədə qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə Suriyadakı hava limanının bağlanacağından ehtiyatlanıldığı üçün İslam Respublikası hərbçilərinin bu ölkədən çıxarılması barədə qərar qəbul edib.