İordaniyada ABŞ hərbçisi ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə nazirliyinin açıqlamasında bildirilir.
Məlumata görə, Texaş ştatından olan İsaya Buker yanvarın 7-də həyatını itirib. Ölümün hərbi əməliyyatlarla bağlı olmadığı vurğulanır. Əsgər ölümü ilə əlaqədar araşdırma aparılır.
Xatırladaq ki, noyabrın 4-də İordaniyanın paytaxtı Əmmanda hərbi aviabazanın mühafizəçiləri ilə atışmada 3 ABŞ hərbi qulluqçusu güllələnib. İordaniya mətbuatının yazdığına əsasən, o zaman postda ABŞ əsgərlərinin avtomobili saxlamamasına görə, yerli əsgərlər onlara atəş açmışdı.