ABŞ-da Milli Xokkey Liqasının “Dallas Stars” xokkey klubunu daşıyan təyyarə məcburi eniş edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, buna pilotların kabinəsindəki tüstülənmə səbəb olub.
Təyyarə havaya qalxandan beş dəqiqə sonra Sent-Luis şəhərinin hava limanına dönərək məcburi eniş edib. Təyyarənin göyərtəsində “Dallas Stars” klubunun oyunçuları, məşqçiləri və xidmət personalı daxil olmaqla 50 nəfər olub.
İnsident nəticəsində zərərçəkən olmayıb. Reysi həyata keçirmək üçün Sent-Luis şəhərinə başqa bir təyyarə göndərilib.