Hitlerin telefonu satışa çıxarıldı: 400 min avroya
01 fevral 2017 20:35 (UTC +04:00)

Hitlerin telefonu satışa çıxarıldı: 400 min avroya

Adolf Hitlerin İkinci Dünya müharibəsində düşərgələrdə əsir olan minlərlə yəhudinin ölüm əmrini verdiyi qırmızı telefonu açıq satışa çıxarılıb.

 

Trend xarici KİV-ə istinadən xəbər verir ki, üzərində Hitlerin adının yazıldığı telefonun qiyməti təxminən 400 min avrodur.

 

Qırmızı telefon 1945-cil ildə rus ordusunda xidmət edən Ralf Rayner adlı əsgər tərəfindən Hitlerin kömürlüyündən tapılıb.

 

"Siemens" markalı telefonun üzərindəki qartal rəsmi isə Hitlerin adını təmsil edir.

 

Bu telefon vasitəsilə Hitlerin həm də xain elan etdiyi ögey qardaşı general Herman Fegelei barədə ölüm hökmünü verdiyi də deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221
avatar

Oxşar yazılar