Hələbin bərpası planı qəbul edildi
08 yanvar 2017 07:07 (UTC +04:00)

Hələbin bərpası planı qəbul edildi

Suriya Nazirlər Kabineti İŞİD silahlılarından azad olunmuş Hələb şəhərinin mərhələli bərpası planını qəbul edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, plan kommunal xidmətlərin və sənaye müəssisələrinin fəaliyyətinin bərpası, təhlükəsizliyin möhkəmləndirilməsi, təhsil və səhiyyə müəssisələrinin işinin normal vəziyyətə qaytarılmasını nəzərdə tutur.    

 

Planın reallaşdırılmasına nəzarət etmək üçün İşçi Qrupu yaradılıb.

 

Qeyd edək ki, Hələb şəhəri dekabrın 22-də terrorçulardan tamamilə təmizlənib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Oxşar yazılar