Belçikanın Lieg şəhərində naməlum şəxs özünü partladıb. Mərkəzi stadionda üzərinə bərkitdiyi bombanı işə salan şəxs tikə-tikə olub.
Lent.az-ın sozcu.com.tr-yə istinadən verdiyi xəbərə görə, hadisə ilə bağlı Vervires bələdiyyəsi məlumat yayıb. Bildirilib ki, hadisə terror aktı deyil. İntihar edən şəxsdən başqa ölən və ya yaralanan olmayıb.
İlkin ehtimala görə, xidmət müddəti başa çatmış əsgər belə bir addım atıb. Hadisədən sonra ətrafda yaşayan sakinlər təhlükəsiz yerə çıxarılıb.