Əfqanıstanda qar uçqunları: 100 ölü
05 fevral 2017 21:35 (UTC +04:00)

Əfqanıstanda qar uçqunları: 100 ölü

Əfqanıstanda qar uçqunlarında ölənlərin sayı 100 nəfəri ötüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Nuristan əyalətində iki yaşayış məntəqəsi qar altında qalıb.

 

Kəndlərin birində xilasedicilər 50 nəfəri uçqun altından çıxararaq xilas edib.

 

Uçqunlara səbəb üç gün ərzində aramsız yağan qar olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211

Oxşar yazılar