Misir prezidenti Əbdül Fəttah əs-Sisi aprelin birinci həftəsində ABŞ-a səfər edəcək.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu, Misir prezidentinin ABŞ-a ilk səfəri olacaq.
Səfərin ABŞ prezidenti Donald Trampın dəvəti ilə baş tutacağı bildirilir.