2014-cü ildə dünya dövlətləri sırasında ən çox hərbi texnika idxal edən Səudiyyə Ərəbistanı olub. APA TV-nin məlumatına görə, səudiyyəlilər bu göstəriciyə görə 2013-cü ilin lideri Hindistanı geridə qoymağa müvəffəq olublar. Bir il öncə siyahıda beşinci yerdə qərarlaşan Çin isə hərbi texnika alışını artıraraq üçüncü yerə çıxıb. 2013-cü ildə üçüncü ən çox hərbi texnika alan ölkə Birləşmiş Ərəb Əmirlikləri olub, ötən il bu ölkə bir pilə geriləyərək dördüncü pilləyə düşüb.
Səudiyyə Ərəbistanı həmçinin Birləşmiş Ştatların silah alqı-satqısına görə bir nömrəli ticarət tərəfdaşına çevrilib. 2013-2014-cü illərdə Ər-Riyad ABŞ-dan hərbi texnika idxalını 54 faiz artırıb, bu il səudiyyəlilər Pentaqondan daha 9,8 milyard dollarlıq hərbi texnika alacaqlar. Bu il dünya bazarında silah və hərbi texnika almağa xərclənəcək hər 7 dolların 1 dolları Səudiyyə Ərəbistanının payına düşəcək. Ötən il Səudiyyə Ərəbistanı və Birləşmiş ərəb Əmirlikləri 8,6 milyard dollarlıq raket kompleksləri alıblar ki, bu da bütün Qərbi Avropa ölkələrinin aldığı hərbi texnikanın həcmindən çoxdur.
Ötən il ən çox silah və hərbi texnika satan ölkələrin siyahısında ilk üçlük dəyişməyib. Bu siyahıda ilk üç yeri yenə də ABŞ, Rusiya və Fransa tutur. Almaniya və Böyük Britaniya da ilk beşlikdə öz mövqelərini qorumağa müvəffəq olublar. Dünya silah bazarında ticarətin həcmi altıncı ildir artmaqda davam edir. Ötən il dünya dövlətləri arasında silah satışına dair 64 milyard dollarlıq sazişlər imzalanıb ki, bu da bir il əvvəlki rəqəmdən 7,2 milyard dollar çoxdur. Dünyada silah satışı dövriyyəsinin 33 faizi təkcə ABŞ-ın payına düşür. Vaşinqton ötən il təkcə Yaxın Şərq ölkələrinə 8,4 milyard dollarlıq silah satıb.

Dünya silah bazarı: ABŞ-dan ən çox hərbi texnikanı Səudiyyə Ərəbistanı alıb
Oxşar yazılar

İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39
Ana və körpəsini öldürüb meyitləri meşəyə atdılar
30 iyun 2025 , 14:43
Dini bayramda izdiham: 3 ölü, 50 yaralı
30 iyun 2025 , 07:29
Sensasion açıqlama: ABŞ nüvə obyektlərini vuracağını əvvəlcədən İrana deyib
30 iyun 2025 , 04:27