![[b]Rusiyada 8 nəfər yanaraq öldü - YENİLƏNİB[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Rusiyada 8 nəfər yanaraq öldü - YENİLƏNİB[/b]
Rusiyanın Orenburq vilayətində insan ölümü ilə nəticələnən daha bir yanğın olub.
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 15-nə keçən gecə Novosarinsk qəsəbəsində baş vermiş yanğında bir qadın, iki kişi və bir uşaq yanaraq ölüb.
Yanğınsöndürənləri hadisə yerinə evi tərk edərək yanğından canına qurtara bilmiş qadın çağırıb.
Yanğın söndürüldükdən sonra evdə dörd nəfərin meyiti aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır, məhkəmə-tibbi və yanğın-texniki ekspertizası təyin olunub.
****
10:44
Rusiyanın Orenburq vilayətinin Kvarkeno kəndində baş verən yanğında üç kişi və bir qadın ölüb.
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, istintaq hadisə ilə bağlı araşdırma aparır.
Yanğın aprelin 15-ə keçən gecə baş verib. Yanğınsöndürənlər yanğını söndürəndən sonra evdə 48, 54 və 55 yaşlarında üç kişinin və 48 yaşında qadının yanmış meyitini aşkarlayıblar.
İlkin məlumata görə, evdə heç yerdə işləməyən, anormal həyat tərzi keçirən dörd nəfər yaşayırmış.
Yanğının səbəbləri hələlik məlum deyil.
Hadisə ilə bağlı müxtəlif ekspertizalar təyin olunub.
Oxşar yazılar

Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43
İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04