Ukrayna Ali Radası Donbasın bəzi rayonlarının xüsusi statusu haqqında qanuna dəyişiklikləri dəstəkləyib. Qanunun özü qüvvəyə sentyabrın 16-da minib.
Qeyd edək ki, dəyişikliklər ötən gün parlamentə ölkə prezidenti Pyotr Poroşenko tərəfindən təqdim olunub.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, qanuna təklif edilən dəyişiklikləri 265 deputat dəstəkləyib.
Dəyişikliklər yerli hakimiyyət orqanlarına seçki qaydalarını müəyyənləşdirir. Bundan başqa, deputatlar xüsusi status haqqında qanunun şamil edildiyi yaşayış məntəqələrinin siyahısını müəyyənləşdirən qərarı da dəstəkləyib. Seçkilər keçirilənədək həmin yaşayış məntəqələr işğal olunmuş ərazi kimi tanınacaq.
Qeyd edək ki, separatçılar Donbasın xüsusi statusu haqqında qanuna edilən dəyişikliklərin Minsk sazişinə zidd olduğunu bildiriblər.