Dəhşətli yanğında 3 uşaq öldü - RUSİYADA
25 oktyabr 2015 10:50 (UTC +04:00)

Dəhşətli yanğında 3 uşaq öldü - RUSİYADA

Rusiyanın Kalmıkiya Respublikasında baş verən yanğında üç uşaq ölüb.

 

APA-nın xəbərinə görə, Kalmıkiya Respublikası daxili işlər orqanlarından bildirilib ki, oktyabrın 25-nə keçən gecə Laqan şəhərində fərdi evdə yanğın baş verib.

 

Yanğının söndürülməsinə 33 yanğınsöndürən və 10 texnika cəlb olunub.

 

Yanğının lokallaşdırılması zamanı 2005, 2006 və 2012-ci il təvəllüdlü üç uşağın meyiti çıxarılıb.

 

Məlum olub ki, 9 yaşlı qız və 3 yaşlı oğlan evin sakinləri, 10 yaşlı qız isə qonşunun uşağı olub.

 

Hüquq-mühafizə orqanları yoxlamalara başlayıb. Hadisənin başvermə səbəbləri araşdırılır. Yanğın baş verən anda böyüklərin hansı səbəbdən evdə olmamaları barədə hələlik  məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269

Oxşar yazılar