Peruda tüğyan edən güclü daşqınlar nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, təbii fəlakət zamanı 115 min tikiliyə ziyan dəyib, 117 körpü və min kilometrdən çox yol dağıdılıb.
Bundan əvvəl 1998-ci ildə baş vermiş analoji daşqınlar zamanı 374 nəfər ölüb.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılması və bərpa işlərinə 766 mln. dollaradək vəsait ayrılıb.