Daşqınlar 440-dan çox can aldı
10 sentyabr 2014 06:57 (UTC +04:00)

Daşqınlar 440-dan çox can aldı

Hindistan və Pakistanda daşqınlar nəticəsində 440-dan çox insan ölüb. Lent.az-ın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Pakistan hakimiyyəti daşqın təhlükəsi ilə əlaqədar 700 min sakini evini tərk etməyə çağırıb.  

 

Pakistan və Hindistan hakimiyyət orqanları təbii fəlakətin tüğyan etdiyi ərazilərdə əhalini ərzaq malları ilə təmin etmək məqsədilə qayıq və helikopterlərdən istifadə edir.

 

Daşqınlar səbəbindən minlərlə evin uçduğu bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844
avatar

Oxşar yazılar