Ötən həftə Çinin cənubunu cənginə almış leysan yağışları nəticəsində təqribən 20 nəfər ölüb, daha 4 nəfər isə itkin düşmüş hesab edilir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bəzi şəhərlərdə 48 saat ərzində 20 santimetrdən artıq yağıntı düşüb. Minlərlə ev dağılıb.