Çexiyada psixi probleri olan şəxs restoranda 8 nəfəri öldürdü, sonda intihar etdi
25 fevral 2015 05:09 (UTC +04:00)

Çexiyada psixi probleri olan şəxs restoranda 8 nəfəri öldürdü, sonda intihar etdi

Çexiyanın Ugerskiy Brod şəhərində ötən gün 62 yaşlı silahlı şəxsin restoranın müştərilərinə hücumu nəticəsində biri qadın olmaqla 8 nəfər ölüb, hücum edən şəxs isə özünə atəş açaraq intihar edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ugerskiy Brod şəhərinin yerləşdiyi Zlinski diyarının prokuroru Roman Kafka bildirib.

 

“Kriminal keçmişi olmayan 62 yaşlı silahlı şəxsin “Dostluq” restoranının müştərilərinə hücumu nəticəsində 7 kişi və bir ofisiant qadın həlak olub. Daha bir qadın yaralanıb, o artıq xəstəxanada  əməliyyat olunub. Hücum edən şəxs özünə atəş açaraq intihar edib”, deyə Roman Kafka bildirib.  

 

Qeyd edək ki, yerli Prima telekanalının hadisələr proqramının redaktoru Pavel Lebduşka jurnalistlərə bildirib ki, restorana hücum edən şəxs hadisədən əvvəl redaksiyaya zəng edərək insanlar tərəfindən təqiblərə və təhqirlərə məruz qaldığını bildirib və vəziyyəti öz nəzarətinə götürmək niyyətində olduğunu bildirib. Pavel Lebduşka dərhal  redaksiyaya müraciət edən şəxs barədə polisi məlumatlandırıb.  Polis restorana hücum edən şəxsdə psixi problemlərin olduğunu ehtimal edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234

Oxşar yazılar