Çavuşoğludan “S-400” açıqlaması: <span style="color:red;">"O zaman istifadə ediləcək..."
04 iyul 2019 12:25 (UTC +04:00)

Çavuşoğludan “S-400” açıqlaması: "O zaman istifadə ediləcək..."

 
 
“Türkiyənin ABŞ-dan “Patriot” müdafiə raketlərini ala bilməməsində bütün məsuliyyəti keçmiş prezident Barak Obamanın üzərinə qoyulması doğru olmaz. Çünki Donald Tramp prezident olduqdan sonra 2 il ərzində “Patriot”larla bağlı müraciətlərimiz cavabsız qaldı”.
 
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu deyib. 
 
Nazir Donald Trampın “G20” Sammitində Türkiyənin “Patriot”ları əldə edə bilmədiyi üçün Rusiyadan “S-400” Zenit-raket kompleksi almağa məcbur olduğuna dair açıqlamasını yüksək qiymətləndirdiklərini vurğulayıb: “Trampın mətbuat konfransında da bu məsələni ayrıca vurğulaması önəmli idi. Düzdür, hər şey Trampın dediyi kimi olmayacaq. Türkiyə təmkinlidir və prosesləri təqib edir”.
 
Mövlud Çavuşoğlu Türkiyənin “S-400”ləri istifadə etməyəcəyinə dair səslənən fikirlərə də münasibət bildirib: “Bu, hücum sistemi deyil, müdafiə sistemidir. Ona görə kompleksi ehtiyatda saxlamaq lazımdır. Nə zaman Türkiyə üçün təhlükə yaranacaqsa, o zaman istifadə ediləcək. Bu qədər vəsait ödənib deyə, boş yerə istifadə olunmamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 900

Oxşar yazılar