Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı qətnamə sabah verilir
27 iyun 2016 15:13 (UTC +04:00)

Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı qətnamə sabah verilir

0

Avropa Parlamenti iyunun 28-də Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı qətnamə qəbul edəcək.

 

APA-nın məlumatına görə, bu barədə Avropa Parlamentinin mətbuat xidmətinin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Böyük Britaniyada keçirilən referendumla bağlı parlamentin növbədənkənar sessiyası toplanacaq. Hazırda qətnamənin mətni hazırlanır.

 

TASS-ın Brüsseldəki mənbəyə istinadən verdiyi məlumata görə, qətnamədə Lissabon razılaşmasının 50-ci maddəsinə uyğun olaraq Böyük Britaniyanın Aİ-dən çıxmaq niyyəti ilə bağlı tez bir zamanda rəsmi müraciət etməsi tələb olunacaq.

 

Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada ölkənin Aİ-dən çıxması ilə bağlı referendum keçirilib və seçicilərin 52 faizi bu təklifi dəstəkləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 461

Oxşar yazılar