Hindistanın baş naziri Narendra Modi Ümumdünya Yoqa Günü ilə əlaqədar olaraq Himalay dağlarının ətəklərində təşkil olunmuş yoqa təliminə qatılıb.
Lent.az sozcu.com.tr-yə istinadən bildirir ki, baş nazir 50 min insanla eyni vaxtda yoqa ilə məşğul olub. Modi Dehradun qəsəbəsində təşkil olunan ənənəvi yoqa təlimlərində iştirak edən ilk rəsmi şəxs kimi tarixə düşüb.
“Yoqa bu dünyada yaşamaq eşqini artırır” – deyən baş nazir 1 saatlıq təlimdən sonra ərazini tərk edib.