Rusiyanın Blaqoveşensk şəhərində azərbaycanlı adın doğuş zamanı ölüb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, 23 yaşlı Şücaət Məmmədova hamiləliyinin 8-ci aylığında kəskin ağrılarla yerli xəstəxanaya yerləşdirilib. İlkin müayinədən sonra məlum olub ki, Məmmədovanın səhhətində ciddi fəsadlar yaranıb. Həkimlərin səyinə baxmayaraq körpə xilas olunsa da, ana vəfat edib.