Azərbaycanlılar qırğız qızı qaçırıb döydülər
17 avqust 2013 18:31 (UTC +04:00)

Azərbaycanlılar qırğız qızı qaçırıb döydülər

Rusiyanın Yekaterinburq şəhərində iki azərbaycanlı Qırğızıstan vətəndaşını oğurlayaraq vəhşicəsinə döyüb. APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə avqustun 14-də baş verib.

 

Azərbaycan vətəndaşı olan 42 yaşlı qadın və 19 yaşlı gənc oğlan şəhərin kafelərinin birində xadimə işləyən 25 yaşlı Qırğızıstan vətəndaşını qaçırıblar. Onlar qırğızıstanlı qadını küçədə zorla maşına mindirib özlərinin sahib olduğu sexə aparıblar. Orda onun ağzını yapışqanla bağlayıb döyməyə başlayıblar. Bu zaman Qırğızıstan vətəndaşı al qana boyanıb. Bundan qorxan azərbaycanlılar onu evlərinə aparıblar. Lakin qadının vəziyyəti daha da pisləşib. Azərbaycanlılar onu xəstəxanaya aparmaq qərarına gəliblər. Xəstəxanada qadının hamilə olduğu müəyyənləşib. Həkimlər onun həyatını xilas edə bilsələr də, körpənin həyatını xilas etmək mümkün olmayıb.

 

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış-tədbirləri nəticəsində azərbaycanlı qadın və gənc oğlan həbs olunub. Onlar barəsində cinayət işi açılıb, araşdırma aparılır. İstintaqa ilkin ifadələrində azərbaycanlılar hadisəni nə səbəbdən törətdiklərini söyləyə bilməyiblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731
avatar

Oxşar yazılar