Azərbaycan Rusiyada həm dost, həm düşmən sırasında
20 iyun 2013 05:46 (UTC +04:00)

Azərbaycan Rusiyada həm dost, həm düşmən sırasında

 “Azadlıq” radiosunda Rusiyaynın dostu və duşmənləri barəsində Levada Mərkəzinin keçirdiyi  sorğunun nəticələri yayılıb.

 

Lent.az-ın çe mənbəyə istinadən məlumatına görə, “Rusiyaya 5 ən yaxın dost dövlət hansıdır” – bu suala cavabda Rusiyada rəyi soruşulanların 8 faizi  Azərbaycanın  da adını çəkib. 

Levada Mərkəzi bu sorğunu 2005-ci ildən keçirir. Bu illər ərzində sorğularda  Azərbaycanı dost sayanlar 5-10 faiz arası olub.  

2005-ci ildə Rusiyada cəmi 5 faiz demişdi ki, Azərbaycan Rusiyaya 5 ən yaxın dost ölkədən biridir. 2009-cu ildə isə belə düşünənlər 10 faiz olub.

Rusiyanın 45 regionunda keçirilmiş indiki sorğuda Azərbaycan Rusiyaya dost ölkələr sırasında 9-cu yerdədir.

Maraqlıdır ki, Almaniyanı Rusiyaya dost hesab edənlər 14 faizdir. 12 faiz isə Ermənistanı Rusiyaya 5 ən yaxın dostdan biri hesab edir.

DÜŞMƏNLƏR SİYAHISI 
 
Azərbaycan Rusiyaya düşmən gözü ilə baxan ölkələr sırasında da var.

Azərbaycan 3 ölkədən biridir ki, sorğuda həm Rusiyanın dostları, həm də düşmənləri siyahısına düşüb.

 “Rusiyaya  ən düşmən münasibət bəsləyən 5 ölkə hansıdır” – sualına cavabda 3 faiz Azərbaycanın adını çəkib.

Hər iki siyahıya düşən digər 2 ölkə Çin və Ukraynadır. Çini 20 faiz dost, 5 faiz düşmən sayır. Ukraynanı dost sayanlar 16 faiz, düşmən bilənlər 11 faizdir.

Rusiyaya ən düşmən ölkələr sırasında birinci yerə ABŞ-ı qoyublar- 38 faiz. 2-ci yerdə Gürcüstandır. 33 faiz rusiyalı Gürcüstanı Rusiyaya düşmən sayır. Sonrakı yerlərdə  Baltik üçlüyü gəlir - Latviya, Litva, Estoniya.

ABŞ-a, AVROPAYA MÜNASİBƏT 

 “Bəs, siz ABŞ-a necə münasibət bəsləyirsiniz” - sualına cavabda 5 faiz deyib ki, “çox yaxşı”, 46 faiz -  “yaxşı”.5 faiz ABŞ-a “çox pis” baxır,  33 faiz isə “pis”.

Avropa Birliyinə münasibət ABŞ-a münasibətdən yaxşıdır-  6 faiz AB-yə  “çox yaxşı” baxır, 55 faiz faiz - “yaxşı”.

”Rusiya Qərblə münasibətləıri möhkəmləndirməlidir  yoxsa məsafə saxlamalıdır”- sualına cavabda 71 faiz “əməkdaşlığa tərəfdar” olub, 16 faiz – “uzaq durmağa”.

MÜSƏLMAN DÜNYASINA MÜNASİBƏT PİSLƏŞİR

Nəhayət, müsəlman dünyasına münasibətdə, 30 faiz deyib ki, Rusiya “müsəlman dünyasından məsafə saxlamalıdır”. Keçən il bunlar 25 faiz idi.

51 faiz isə əksinə, fikirləşir ki, Rusiya “müsəlman dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq etməlidir”.

51 faiz yüksək olsa da, dinamika mənfidir. Keçən il Rusiyanın müsəlman dünyası ilə əməkdaşlığına tərəfdar olanlar 64 faiz idi. 2010-cu ildə isə hətta 67 faizə qalxmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245
avatar

Oxşar yazılar