Çelyabinsk şəhərinə düşən meteoritin qalıqlarının satışa çıxarılması elanı ilə bağlı yerli polis araşdırmaya başlayıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, polis bildirib ki, çeşidli saytlarda göy cisminin qırıntısının qiyməti 10000-50000 rubl arasında göstərilib.
Alimlərin fikrincə, meteoritin əsas kütləsi düşdüyü yerdədir, qırıntıları isə Çelyabinskdəki Çebarqul gölünə düşüb.