İtaliyanın Emiliya-Romanya vilayətindən avtobusun yük maşını ilə toqquşması nəticəsində 16 turist xəsarət alıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza zamanı Almaniya vətəndaşları xəsarət alıblar.
Qəza Bolonya yaxınlığında baş verib. İlkin ehtimala görə, qəzanın səbəbkarı yük olub.
Xəsarət alanlardan üçünün vəziyyəti orta-ağır qiymətləndirilir.
Qəza nəticəsində yolda hərəkət məhdudlaşdırılıb, bir neçə kilometr uzunluğunda tıxac yaranıb.