"Avropa İttifaqı (Aİ) çox sayda səhv edib, qurum qeyri-effektiv fəaliyyət göstərir və həddən artıq bürokratikləşib". APA-nın xəbərinə görə, bunu Avropa Parlamentinin sədri Antonio Tayani bildirib.
"Biz Avropadan yorulmamışıq, lakin biz onun daha yaxşı işləməsini istəyirik", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Aİ-nin üzvü olan ölkələrin vətəndaşları daha çox şikayətlənməyə başlayıblar: "Avropanı dəyişmək lazımdır. Lakin onun məhv olmasına imkan vermək olmaz. Bizə heç zaman olmadığı qədər birlik lazımdır".