Araz Ağalarov: “Cənablar, bir daha düşünün, bu insanlar bizə lazımdır”
12 aprel 2013 16:34 (UTC +04:00)

Araz Ağalarov: “Cənablar, bir daha düşünün, bu insanlar bizə lazımdır”

“Mən Emini İsveçrədə yerləşən “Rozenberq” adına konslagerə gətirdim. Beş dəqiqə sonra məni oradan qovdular” 


“Krokus” şirkətlər qrupunun prezidenti Araz Ağalarov Rusiyanın “Tvcenter” kanalının qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, “Vremnno dostupen” verilişində sualları cavablandıran Ağalarov müsahibəsində biznes uğurları, Rusiya hökumətinin buradakı azərbaycanlılarla bağlı apardığı siyasət, oğlu Emin Ağalarov barəsində danışıb. 

Müsahibəni ixtisarlarla təqdim edirik:

- Jurnalistlər bilirlər ki, varlı insanlar, biznesmənlər nadir hallarda müsahibəyə razılıq veririlər. Sizcə niyə bizim yerli biznesmenlər mətbuata bu qədər qapalıdırlar?
- Bunu şərh etmək mənim üçün çətindir. Biznes elə gətirib ki, birincisi mən öz kolleqalarımla o qədər də yaxın deyiləm. Nə qədər qəribə olsa da heç kimlə dostluq etmirəm, tanışlıq əlaqələri qurmuram. Mən daha çox uşaqlıq dostlarımla, mənə maraqlı gələn insanlarla, tennis, boks məşqçisi ilə, məmnuniyyətlə sizin həmkarınızla ünsiyyət qururam. 

- Məgər müəyyən sosial şərtlər altında yaşayan insanlar bir yerdə olmalı deyil? 
- Mən belə düşünmürəm.

- Niyə görə bizim milyarderlər vitrinləri, nəhəng villalar, böyük qarajları sevirlər? 
- Bu inkişaf xəstəliyidir. Əgər insan o qədər də yaxşı olmayan şərtlər altında yaşayıbsa, gözlənilmədən hansı yolla varlanmasından asılı olmayaraq özünə ev tikərsə, inanın mənə tavanının hündürlüyü 6 metr olacaq. 

- Deməli, sizin evinizin tavanı əvvəldən 6 metr olub... 
- Bəli, biz kasıb olmayan ailədə yaşamışıq. Sovet dövründə atam da, anam da alim işləyirdilər. O dövrdə bu çox yüksəkmaaşlı işlər idi. 

- Sahibkar Ağalarovun fikrincə Rusiya Federasiyasında yaşayan azərbaycanlılar özlərini burada necə hiss edirlər? 
- Xatırlatmaq istəyirəm ki, taciklər, azərbaycanlılar, ermənilər, gürcülər hamısı bir ölkənin vətəndaşlarıdır. Bəlkə də özləri yox, amma onların valideynləri bu ölkənin məktəbində oxuyub, bu ölkənin ruhunda tərbiyə alıblar. Mənim hesablamalarıma görə Rusiyaya bu gün 20 yaxud 30 milyon işçi qüvvəsi lazımdır. Lakin biz bu gün həmin işçi qüvvələrinə qarşı mübarizə aparırıq ki, gəlirlər az pulla işləyirlər, bizə iş yeri qalmır... Dünya əhalisi 7 milyardı keçib, Rusiyada isə cəmi 140 milyon adam yaşayır, bu baxımdan gəlmələrə qarşı mübarizə aparmaq məntiqli deyil. Məncə, bütün şəraitləri yaratmaq lazımdır ki, onlar gəlsinlər. Xüsusən axşamlar talk-şoularda bu haqda danışanda mən onlara qışqırmaq istəyirəm, cənablar, bir daha düşünün, bu insanlar bizə lazımdır. Bu gün ABŞ kimi bir ölkə dünyanın hər yerindən balansı dəqiq saxlamaqla insanlar cəlb edirlər. Onlar indi 300 milyona çatıblar. Bu təbii artım deyil, imiqrasiyadır. Siz Amerikada yanacaqdoldurma məntəqəsində heç “sabahın xeyir” kəlməsini işlədə bilməyən əcnəbi görə bilərsiniz. Polislər isə onlardan heç bir sənəd tələb etmirlər, çünki bilirlər ki, sənədləri yoxdur. Bu cür insanların sayı Amerikada 10 milyondan çoxdur. Belə olan halda bizim parlamentarilərin, bu məsələ ilə məşğul olan insanların mövqeyi aydın deyil”.

- Belə bir fikir var, gənc azərbaycanlı Rusiyaya ancaq pul qazanmağa gəlir, Böyük Teatrda Knyaz İqora baxmır. Buna görə də Astarxanda, Saratovda, Moskva, Sankt-Peterburqdakı rus adamı onun üçün sadəcə “yeriyən bankomatdır”. Belə insan Ostrovenski, Nijinsk, ələlxüsus da rus xalqının dini, etnik həyat tərzi haqqında bilmək istəmir. Elədir ya yox? 
- Əlbəttə, hə. Bazarda turşu kələm satan ruslar da Çaykovskiyə qulaq asmırlar. Əgər bir insan bura gəlibsə, səndən yaşayış yeri istəmirsə və artıq haradasa işləyirsə bu ilk növbədə işçi qüvvəsi deməkdir. Bura gələn insanların valideynləri sovet məktəblərində oxuyublar, onlar artıq mental olaraq hazırlıqlıdırlar, bununla mübarizə aparmaq axmaqlıqdır. 


Məşhur milyarder oğlu Emin və ona qarşı tətbiq etdiyi sərt tərbiyə üsullarından da danışıb:

“1990-cı illərin əvvəlləri idi, Eminin 13 yaşı tamam olanda mən başa düşdüm ki, o, Moskvada qalsa, yaxşı nəticə verməyəcək. Mən onu İsveçrədə yerləşən “Rozenberq” adına konslagerə gətirdim. Beş dəqiqə sonra məni oradan qovdular. Konslagerdən ancaq Emin zəng edə bilərdi, uşağa zəng etmək olmazdı. Məktəbə pul göndərməyə icazə vermirdilər. Emin necə tərbiyə aldığını bildirdi, biz ona pul vermirdik və beləcə bizim maliyyə dəstəyimizdən imtina etdi. Kifayət qədər sərt qaydalar hökm sürən məktəb idi, narahat kabinetlər, qışda isidici də yox idi. 

Anası mənə deyirdi ki, sən başa düşürsən ki, onunla ünsiyyət qurmaq, gözünün qabağında böyüməyini izləmək imkanlarından məhrum edirsən özünü?

Daha sonra Amerika səfəri oldu və Emin valideyn qayğısından məhrum oldu. Bütün bunlar ona gətirdi ki, o, çox gənc yaşında mənim heç bir maliyyə dəstəyim olmadan internet mağaza açdı. Daha sonra Moskvaya gəldi. Ondan yumşaq şəkildə xahiş etdim ki, mənə işlərimdə yardım etsin. Əslində onun belə bir fikri yox idi, sərbəst işləmək istəyirdi, lakin sonradan razılaşdı. Mən onun işlərinə heç vaxt qarışmadım. Nəinki bir səhv tutmaq, heç məsləhət də vermədim. Bunu atamdan öyrənmişəm, bilirsiniz bu çox dəyərlidir. Uşağa bunu etmə, orda durma deyəndə, dayanmadan zəng edəndə, düzəlişlər edəndə müəyyən yaş dövründə valideynlər uşağı qıcıqlandıra bilirlər. Mən ümid edirəm ki öz uşaqlarımda allergiya yaratmayacam. 

Jurnalistin “hər şeyə sahib olan Araz Ağalarovu nə ilə təəccübləndirmək olar” sualına biznesmenin cavabı yenə də maraqlı olub: “İnanın ki, istənilən insana, hətta ölkə prezidentinə, nazirlərə də adi ünsiyyət, ailədə normal münasibətlər lazımdır. Çünki onlar da hamısı normal insanlardır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3355
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35