Bu gün Romada İran və Aİ ölkələrinin iştirakı ilə bölgə və Yəməndəki vəziyyətə həsr olunmuş siyasi məsləhətləşmələr aparılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ xarici siyasət xidmətinin yaydığı məlumatda bildirilir. Məlumata görə, tərəflər Brüsseldə eyni formatda görüşün keçirilməsinə dair razılığa gəliblər.
Məsləhətləşmələr Aİ xarici siyasət xidmətinin baş katibi Helqa Şmidin sədrliyi ilə keçirilib. Görüşdə Almaniya, İtaliya, Britaniya və Fransa XİN-nin rəhbər şəxsləri iştirak edib.
İran nümayəndə heyətinə xarici işlər nazirinin müavini Hüseyn Cabir Ənsari rəhbərlik edib.
Qeyd edək ki, bundan əvvəl analoji görüş 2018-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmişdi.