Ağlamaqla pul qazananlar - <span style="color:red;">Ağlaşma, corab poçtu, evdə məşq
03 sentyabr 2014 13:42 (UTC +04:00)

Ağlamaqla pul qazananlar - Ağlaşma, corab poçtu, evdə məşq

Biznes qurmaq düşündüyümüz kimi elə də asan deyil. Uğurlu biznesmen olmaq üçün, şəraiti və imkanı da nəzərə almaq lazımdır. Adət etdiyimiz biznes sahələrindən başqa, dünyada qeyri-adi biznes kimi tanınan bir anlam da vardır. Biznesdə istədiyimiz nəticəyə çatmaq üçün gərgin əmək lazımdır. Bu işdə şans da həlledici rol oynayır. Bir az da fikirləşsək, görərik ki, ideyanı reallaşdırmaq üçün bir şərait tapmalıyıq. Ümumiyyətlə, çoxlu maraqlı və qeyri-adi biznes layihələri vardır və çox da böyük şərait tələb etmir. Əgər, özünüzün biznes ideyanızı gerçəkləşdirmək istəyirsinizsə, qərarlı və qərəzsiz olmalısınız ki, başqalarına maneəçilik törətməyəsiniz. Lakin biznesin qeyri-adi növlərinin üstünlükləri də vardır; işin maneələrinin olmaması və rəqabətin az olması. Lent.az telebe.az-a istindən dünyada olan bir neçə qeyri-adi biznes növü ilə tanış edir.

 

Corab poçtu. Layihəni Mamie Lichti və Marcel Roth həyata keçirib. Onun müştəriləri sahibkarlar və müxtəlif səviyyələrdə menecerlərdir. Biznesmenlər qərara alıb ki, corabın məktubla satışı ideyası onlara uğur gətirəcəkdir. Qeyri-rəsmi məlumata görə, 1999-cu ildən 2006-cı ilə kimi, onların şirkəti 25 ölkədə təxminən 120.000 corab satıb. İllik gəlir nə az, nə çox, düz 1.5 milyon dollardır.

 

 

Nikbinlik satışı. Berto Jacobs və onun qardaşı John qərara alıblar ki, pozitiv münasibət də satmaq mümkündür və bu çox yaxşı biznes ola bilər. Buna görə də onlar yeni geyim brendi yaratdılar: “Life is good (Həyat yaxşıdır)”. İlkin olaraq, 1984-cü ildə, şüar və loqosu olan  48 nümunə köynəklər hazırlandı və Bostonda satıldı. Qardaşlar nikbinlik satışının insanlara faydalı olacağını düşündülər və bu ideya onları zənginliyə yüksəltdi. Bu gün “Life is good” brendi yalnız Amerikada satılır. Onu həmçinin 27 ölkədə tapmaq mümkündür. Mağazaların sayı yüzlərlədir.

 

 

Qadınlar komandası. Yaradıcısı Kerry Killingdir, gəliri ildə 1 və ya 0.5 milyondur. Şirkət “Woman’s Touch” - (“Qadın toxunuşu”) bir sıra sifarişləri qəbul edir. İş təkcə, rəsm, suvaq deyil, həmçinin dülgərlik, santexnika və elektrik işlərindən də ibarətdir. Şirkət qadınların əməyindən faydalanır və bu işlər üçün bacarıqlı, güvənilə bilən və cəsarətli qadınlar tələb olunur.  Təsisçilərin məqsədi qadınlar üçün rahat və inanılan bir şirkət qurmaqdır. “Woman’s Touch” şirkəti təkcə binaların təmirini deyil, həmçinin onların özülü, layihələrin hazırlanması və qəbul edilməsi, əlaqələrin yaradılması və dekorasiya işlərini də müştərilərinə təklif edir. Hətta lazımi avadanlıqların çatdırılması da qadınların üzərinə düşür.

 

 

Evdə məşqçi. Amerika idman salonlarına getməyə tənbəllik edən, köklükdən əziyyət çəkən insanlarla doludur. Gürcüstandan olan Lauren Lauper belə bir ideya fikirləşdi: “Your mobile gym” (“Gəzən gimnastika”) Məqsəd idmanla məşğul olmaq istəyən, lakin tənbəllik və vaxt baxımından əziyyət çəkən qadınlara yardım etməkdir. Müştəri sadəcə zəng etməklə profesional məşqçi tələb edə bilər. Yeri gəlmişkən, qadın treyner evinizə gələ və fərdi olaraq sizə dərsləri keçə bilər.

 

 

İnternetdə həkim. Bu xidmət Jay Parkinson tərəfindən təqdim olunub. O bu ideyanı insanların sağlamlığı üçün fikirləşib. Amerikada tibbi xidmət həddindən çox baha olduğu üçün, həkim müasir texnologiya və internetin xidmətindən istifadə edərək, öz xəstələri ilə virtual olaraq görüşməyi qərara aldı. Bu email, video konfranslar vasitəsilə həyata keçirilir. Virtual həkim ildə 500 dollar qazana bilir.

 

 

Pulla ağlama. Türkiyədə yaradılan bu qurumda toplanan insanlar pul müqabilində ağlayırlar. Saatı 300 TL-yə (130 manat) başa gəlir. Qurumun aylıq büdcəsi 100-150 min TL təşkil edir.

 

 

Qarışqa tutmaq. Mağazalarda qarışqaların satılmağa başlanması bu sənəti daha da məşhurlaşdırdı. Təbiətdəki qarışqaları tutaraq, yaxşı pul qazanmaq mümkündür. Xüsusən də dişi qarışqaları tutmaq çox gəlirlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1545
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar