Afrində daha 7 türk hərbçisi yaralandı
16 fevral 2018 03:56 (UTC +04:00)

Afrində daha 7 türk hərbçisi yaralandı

0

Afrində "Zeytun budağı" əməliyyatı çərçivəsində döyüşlər zamanı 7 türk hərbçisi yaralanıb.

 

Trend-in məlumatına görə, bu barədə Baş Qərargah məlumat yayıb.

 

"Bu gün (cümə axşamı - red.) iki ayrı toqquşma nəticəsində 7 qəhrəman silahdaşımız yaralanıb. Yaralananlara tezliklə sağalmağı arzu edirik", deyə Baş qərargahın bəyanatında deyilir.

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar