ABŞ Rusiyanın daha 8 şirkətini sanksiya siyahısına saldı
25 mart 2017 23:42 (UTC +04:00)

ABŞ Rusiyanın daha 8 şirkətini sanksiya siyahısına saldı

ABŞ Suriya, İran və KXDR-lə bağlı kütləvi qırğın silahlarının yayılmaması haqqında qanununa əsasən Rusiyanın 8 şirkətinə qarşı sanksiyalar tətbiq edib.

 

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Dövlət Departamentinin nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, “sanksiyalar atılmış addımların mütəmadi qiymətləndirilməsi nəticəsində tətbiq edilib”.  

 

Diplomat həmçinin qeyd edib ki, bu sanksiyaların Krımla bağlı Rusiyaya qarşı 2014-cü ildən sonra tətbiq edilən geniş iqtisadi sanksiyalarla əlaqəsi yoxdur.  

 

Yeni sanksiya siyahısına “Rosoboroneksport”, “Aviaeksport”, “Bazalt” və “Maşınqayırma konstruktor bürosu” Elmi-İstehsalat Birlikləri,  Marşal Buqayev adına Ulyanovsk Mülki Aviasiya İnstitutu, Ural Mülki Aviasiya Təlim Mərkəzi, Jukovski və Qaqarin adına Hərbi-Hava Akademiyası, 150-ci Aviasiya Təmir Zavodu.   

 

Sanksiyalara dair qərar martın 21-də qəbul edilib. Qərar martın 24-də elan edilib.   

 

Rusiya şirkətlərinin nədə ittiham olunması barədə məlumat verilmir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Oxşar yazılar