ABŞ Konqresi Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməni təsdiq edib. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, qətnamənin təsdiqinin lehinə 410, əleyhinə isə 6 səs verilib. Sənədə əsasən, ABŞ heç bir halda Gürcüstanın hər hansı bir hissəsinə Rusiyanın de-fakto nəzarətini tanımır.
Qətnamə Rusiyanın Gürcüstana hərbi müdaxiləsini və onun ərazilərinin işğalını və eyni zamanda işğal xətti boyunca Rusiyanın qanunsuz hərəkətlərini pisləyir.
Qətnamə, həmçinin Rusiyanı Gürcüstan əraziləri olan Abxaziya bölgəsi və Sxinvali rayonunun müstəqilliyinin tanınmasından və bölgədə yürütdüyü siyasətdən iimtina etməyə çağırıb.
Sənəddə konqresmenlər Amerikanın Gürcüstanla müdafiə və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd ediblər.