ABŞ-a elektron qurğuların daşınması qadağan olunur
21 mart 2017 04:25 (UTC +04:00)

ABŞ-a elektron qurğuların daşınması qadağan olunur

 ABŞ hökuməti ölkəyə gələn təyyarələrdə elektron qurğuların daşınmasını qadağan etmək niyyətindədir.

 

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyinə Ağ Evin nümayəndəsi bildirib.

 

Məlumata görə, bu addımın terror təhlükəsi ilə əlaqəli olduğu bildirilir. Qadağa azı 10 ölkə və ölçüsü mobil telefonlardan iri olan qurğulara (noutbuklar, planşetlər, kameralar və s.) şamil ediləcək.

 

Qərarla bağlı rəsmi məlumatın bu gün veriləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290
avatar

Oxşar yazılar