Türkiyədə 626 təhsil müəssisəsi bağlanacaq.
APA-nın “Hürriyet”-ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Təhsil nazirliyi qərar verib.
Bildirilir ki, onlardan 524-ü özəl məktəblərdir.
Qeyd edək ki, hərbi çevrilişə cəhddən sonra Türkiyə Milli Təhsil Nazirliyi sistemindən 21 738 min insan qovulub.