<span style="color:red;">İraqda ilk dəfə:  Sarışın saçlı, dodağı qırmızı boyalı qadın namizəd
30 mart 2014 00:24 (UTC +04:00)

İraqda ilk dəfə: Sarışın saçlı, dodağı qırmızı boyalı qadın namizəd

Parlamentə İraq Milli Alyasından namizəd Auşak Talib əz-Zuraybinin ənənəvi olmayan cəlbedici geyimi və makiyajı söz-söhbətə səbəb olub.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, onun seçki şüarı belədir: “Sizin seçmək haqqınız var, onda daha yaxşısını seçin!”.

 

Gənc, saçları açıq rəngdə boyanmış, dodaqları qırmızı rənglə boyalı bu xanımın xarici görünüşü İraq seçicilərinin diqqətini həmən özünə cəlb edir.

 

Auşakın bu imicini bəyənməyənlər də var. Sosial şəbəkələrdə dodağı qırımız boyalı olduğu üçün onun “qırmızı ayaqqabısının olduğunu”, “dövlət büdcəsini makiyajına xərcləyəcəyini” yazaraq, onun ənənəvi olmayan geyiminə,makiyajına etiraz ediblər.

 

Sərt tənqidçilərin qənaətincə, belə imicin siyasətçilərə deyil, müğənnilərə yaraşır.

 

Ancaq Auşakı müdafiə edənlər də tapılıb. Sosial şəbəkə istifadəçilərindən biri yazıb: «Siz adətən İraq parlamentindəki qadınları ənənəvi islam geyiminə görə tənqid edir, rus və ukraynalı siyasətçi xanımları tərifləyirsiniz. Sizin istəyinizcə geyinən qadından yenə də narazılıq edirsiniz».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1571

Oxşar yazılar