[b]Yunanıstanda yanğın 91 can aldı[/b]
29 iyul 2018 21:47 (UTC +04:00)

[b]Yunanıstanda yanğın 91 can aldı[/b]

Yunanıstanda baş verən meşə yanğınları nəticəsində ümumilikdə 91 nəfər ölüb, 25 nəfər itkin düşüb

 

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstan hökumətini nümayəndəsi bildirib.

 

Faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib. Paytaxt Afinanın da daxil olduğu Attika bölgəsində fövqəladə vəziyyət elan edilib.

 

Yunanıstanın mülki müdafiə naziri Nikos Toskas yanğının qəsdən törədilməsini istisna etməyib.

 

# 307
avatar

Oxşar yazılar