Türkiyə ordusu Suriyanın Afrin rayonundakı YPG mövqelərinə artilleriya zərbəsi endirib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, zərbələr Türkiyə ərazisi istiqamətində Suriyadan açılan atəşə cavab olaraq endirilib.
Məlumata görə, Suriya ərazisinə 10-dək top atəşi açılıb.